Qısa məzmun
Baku Electronics LTD Mağaza Meneceri (Koordinator) vəzifələri üzrə vakansiya elan edir.
Mağaza meneceri(Koordinator)-Bakı,Sumqayıt,Şəki
Vəzifə öhdəlikləri:
- Mağaza müdiri olmadığı halda onu əvəz etmək;
- Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;
- Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;
- Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;
- Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;
- VİP müştərilərə şəxsən xidmət göstərmək;
- Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
- Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq;
- İşçilərin performansı ilə bağlı hər cür statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.
Tələblər:
- Ali təhsil;
- İdarəçilik üzrə müvafiq sahədə minimum 2 il təcrübə;
- Yüksək səviyyədə Excel, Word, Power Point,1C biliyi;
- Azərbayca və Rus dillərini mükəmməl bilmək və İngilis dil biliyi arzuolunandır.
- Əmək haqqı: müsahibə əsasənda müəyyən olunur.
Əlaqə nömrəsi: 055-505-92-92
Namizədlər CV-lərini Mağaza meneceri(Koordinator)-Şəki başlıq ilə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...