Qısa məzmun
Ə/h 1200 -1500 AZN. Super Toys Mağaza Meneceri üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- Mağazaya təyin edilən hədəfə çatmaq;
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
- Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Namizədə Tələblər:
- Dil bilikləri: Rus dili-əla;
- Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
- İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
- Analitik düşüncə qabiliyyəti;
- Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir;
- Satış texnikası, idarəçilik qabiliyyəti;
- 25-45 yaş arası xanımlar;
Şirkət təklif edir:
İş rejimi : Həftədə 6 gün (növbəli)
Əmək haqqı : 1200-1500Azn
Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza Meneceri ” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
ZETA Group of companies şirkəti Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...