Mağaza meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Askona MMC şirkəti Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Mebel istehsalı və satışı üzrə beynəlxalq (İsveçrə və Rusiya birgə şirkəti) şirkətdə Mağaza meneceri vəzifəsi üzrə vakansiya aktivdir

Namizəd üçün tələblər:

  • Təhsil: Orta ixtisas və ya ali təhsil
  • Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
  • (qida sektoru istisna olmaqla)
  • Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Yaş: 25-40
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C

Vəzifələr:

  • Mağazanın ümumi fəaliyyətini təşkil edir;
  • Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
  • Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir;
  • Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
  • Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
  • Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
  • İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
  • Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
  • Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
  • Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə  nəzarət edir;
  • Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
  • Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
  • Mal qalıqlarına nəzarət və uçotun aparılması;
  • Assortimentin və satışın analizi;
  • Daxili inventarizasiyanın aparılması;
  • Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
  • Görülən işlərin qeydinin aparılması
  • İş qrafiki: 5 günlük iş qrafiki
  • Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər). Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-2500 manat.
  • Korporativ nömrə müəssisə tərəfindən təmin olunur.
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

02.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

02.10.2025 - Bakı

Продавец-консультант

Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur.  ...

Zuleykha Accessories

02.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

05.09.2025 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

05.09.2025 - Sumqayıt

1800 — 2000 ₼
Məhsul üzrə menecer

AzəriMed QSC Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

04.09.2025 - Bakı

400₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

04.09.2025 - Bakı

800 — 1200 ₼
Tibbi nümayəndə

AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

04.09.2025 - Bakı

Anbar işçisi

İnci Group Of Commpanies Anbar işçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.09.2025 - Bakı

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.09.2025 - Bakı