Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Electronics LTD Mağaza Koordinatoru (Xırdalan,Quba, Bərdə mağazaları) vəzifələri üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Heyətin və vəziyyətin idarə olunması.
- Xidməti tapşırıqların vaxtında icrasının təmin olunması.
- Mağazanın nəzərdə tutulmuş vaxtda açılıb bağlanmasına, heyət tərəfindən korporativ xidmət standartlarının icra olunmasına, gündəlik iş proseslərinə və mağazanın ümumi fəaliyyətinə tam nəzarəti həyata keçirmək.
- Müştərilər mağazaya daxil olanadək mağazanın ümumi səliqəsinin və təmizliyinin təmin edilməsinə, işçilərin iş yerində olmasına, heyət tərəfindən xidməti geyim standartlarının təmin olunmasına, iş yerlərinin aktiv və işə hazır vəziyyətində olmasına nəzarət etmək.
- Vitrin dəyişməsi, kampaniya sərgilənməsi, qiymət dəyişiklikliyi və digər icrası tələb olunan məsələlərin vaxtında icra edilməsinə nəzarət etmək.
- Əməliyyat, ödəniş və kommunikasiyası sistemlərinin fasiləsiz işinə nəzarət etmək.
- Mağaza heyyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək, heyyətdə şirkət imici haqqında yüksək fikir formalaşdırmaq və komanda ruhunu qorumaq.
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək.
- Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək.
- Satışın artırılması, satış proseslərinin təkmilləşdirilməsi və rəhbəri olduğu mağazanın inkişafı üçün təkliflər hazırlamaq və tabe olduğu şöbə müdirinə təqdim etmək.
- Gündəlik satışlar barədə hesabatların hazırlamaq.
Tələblər:
- Ali təhsil.
- Azərbaycan və rus dillərini mükəmməl bilməli.
- Müştərilərlə işləmək bacarığı.
- Komandada işləmə bacarığı.
- Microsoft Office (Word, Excel) proqramları üzrə biliklər.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
“Mövzu” qismində müraciət edilən vakansiyanın adı və filialın qeyd olunması mütləqdir.
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC GROUP Korporativ satış şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Nero Print Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...