Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Mağaza direktorunu vəzifəsi üzrə vakansiya elan edir. Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı olmalıdır.
Company: Kontakt Home
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Mağaza direktoru (Mingəçevir)
Vəzifələr:
- Mağaza daxili fəaliyyətin təşkil edilməsi;
- Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edilməsi;
- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
- Mal qalıqlarına nəzarət və uçotun aparılması;
- Assortimentin və satışın analizi;
- Daxili inventarizasiyanın aparılması;
- Müştərilərlə iş.
Zəruri tələblər:
- Elektronika mağazasında idarəedici vəzifədə 2 il və ya kredit sahəsində 3 il iş təcrübəsi;
- MS Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzuolunandır;
- Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır;
Şəxsi keyfiyyətlər:
- Liderlik xüsusiyyətləri;
- Yaranmış problemləri həll etmə bacarığı;
- Nəticə yönümlülük;
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 iş günü, 1 gün istirahət.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza direktoru (rayonun adı) yazaraq CV formasını hr@abc-telecom.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...