Yandex-watch
Maddi motivasiya sistemləri üzrə aparıcı/baş mütəxəssis peşəsi üzrə vakansiya — Bank Respublika ASC — iş elanları 2022

Maddi motivasiya sistemləri üzrə aparıcı/baş mütəxəssis
vakansiya — 2022

Qısa məzmun

Bank Respublika ASC Maddi motivasiya sistemləri üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Gündəlik və aylıq əsasda mükafat və bonusların hesablanması;
  • Gündəlik qaydada əməkdaşların mükafat  və digər ödənişləri ilə bağlı sorğularının cavablandırılması;
  • Ödənişlərin sənədləşdirilməsi, bankdaxili qayda və təlimatların aktuallığına nəzarət;
  • Mövcud motivasiya sistemlərinin mütəmadi təhlili, optimallaşdırılması və bu istiqamətdə təkliflərin verilməsi;
  • Yeni motivasiya və mükafatların hazırlanması prosesində iştirak və aidiyyatı struktur bölmələrlə əməkdaşlıq;
  • İşçilərə avans ödənişlərinin həyata keçirilməsi və nəzarəti;
  • Mükafat, əməkhaqqı və digər ödənişlərlə bağlı müxtəlif hesabatların hazırlanması.
  • Departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, riyazi və ya iqtisadi sahələr üzrə);
  • Ümumi 5 il, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
  • Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 iyul 2022-ci il tarixinədək email-in mövzu hissəsində Maddi motivasiya sistemləri üzrə aparıcı/baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

5 AZN20% keşbek
CV sifariş et