Maaşlı Təcrübə Proqramı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Güvənli MMC Maaşlı Təcrübə Proqramı vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə daxil olun: https://qlor.me/lbkjcuqs

Təsvir

 Maaşlı Təcrübə Proqramı

“Güvənli” MMC və “Lombardcini” MMC Bakı şəhəri və Astara, Gəncə, Quba, Xaçmaz, Lənkəran, Bərdə, Beyləqan, Tərtər, İmişli, Cəlilabad bölgə filialları üzrə Maaşlı Təcrübə Proqramı elan edir!

“Güvənli” MMC və “Lombardcini” MMC Azərbaycanın ən sürətli inkişaf edən və daim müştərilərinin məmnuniyyətini qazanmış kredit təşkilatı olmaqla yanaşı, gənclərin inkişafı üçün də daim yeni addımlar atmaqdadır. Şirkət xüsusən universiteti bakalavr və magistr dərəcəsi üzrə son 5 il ərzində bitirmiş məzunlar və ya hazırda magistratura pilləsi üzrə təhsil alan gənclər üçün 3 aylıq Maaşlı Təcrübə Proqramı elan edir!

Təcrübə Proqramı məzunlara təhsil zamanı öyrəndikləri nəzəri bilikləri peşəkar iş həyatında tətbiq edərək praktiki biliklərə sahib olmaları, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış olmaları üçün şərait yaradır və eyni zamanda təşkilatın peşəkar təlimçilərindən mentor dəstəyi almaq fürsəti verir.

Tələblər

Vakansiya haqqında ümumi məlumat:

  • Təşkilatın kredit məhsullarını təbliğ etmək və müştəriləri cəlb etmək;
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək;
  • Təlimlərdə keçilənləri mənimsəmək və öz işində tətbiq etmək;
  • ·Təlimçi və mentorla interaktiv işləmək.

Namizədə olan ilkin tələblər:

  • Ali təhsil müəssisəsini son 5 ildə bitirmiş olmalı;
  • Satış bacarığına malik olmaq;
  • Analitik zəka, müştərilərlə işləmək bacarığı;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  •  Pozitiv ünsiyyət bacarığı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti və təminatlar:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • Bank kartı ilə aylıq ödəniş;
  • Maaşdan əlavə bonuslar;
  • Karyera yüksəlişi.

İş qrafiki:

  •  Həftə içi 6 gün;
  • İş saatı: saat 09:00-dan 17:00-a, şənbə günü 10:00-16:00

Qeyd: Təcrübə proqramını uğurla başa vuran hər bir namizəd təşkilatımızda işlə təmin olunacaq.

Oxşar vakansiya siyahısı:

Əməliyyat meneceri

Barkod Electronics  əməliyyat meneceri vəzifəsinə vakansiya elan edir. ...

Baku Digital

10.06.2024 - Bakı, Zaqatala

Baş mühasib

AZDIZAYN GROUP Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

29.05.2024 - Bakı

Mühasib operator

CMT Group MMC Muhasib kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

29.05.2024 - Gəncə

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

29.05.2024 - Bakı

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

29.05.2024 - Bakı

Təftiş üzrə mütəxəssis

AZ Dizayn Group Təftiş üzrə mütəxəssis: vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

29.05.2024 - Bakı

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı