Mətbuat katibi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Araz Supermarket Mətbuat katibi vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin edilməlidir.

Vəzifə öhdəlikləri:

  • KİV-də şirkətin korporativ mövqeyi ilə bağlı materialların rüblük monitorinqini aparmaq, analitik informasiyalar hazırlamaq
  • KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkətin korporativ mənafeinə aid dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
  • Korporativ böhran kommunikasiyaları idarə etmək
  • Media ilə əlaqələr, press-relizlərin hazırlanması, media monitorinqinin aparılması, mediada haqqımızda yazılan xəbərlərin operativ cavablandırılması, üst rəhbərinə hesabatların verilməsi

Tələblər:

  • Ali təhsil;
  • Jurnalistika və ya ictimaiyyətlə əlaqələr sahəsində 3 ildən başlayaraq iş təcrübəsi;
  • KİV ilə sıx işləmə təcrübəsi;
  • Səlis Azərbaycan dili (yazı və danışıq), rus dili aydın danışıq səviyyəsində, ingilis dili üstünlükdür;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Servis xidməti;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Mətbuat katibi” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı