Məlumat mərkəzi və Telesatış şöbəsinə müdir
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin Məlumat mərkəzi və Telesatış şöbəsinə müdir vakansiyası elan edir

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin Məlumat mərkəzi və Telesatış şöbəsinə müdir vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən komandamıza qoşulmağa dəvət edirik!

Görəcəyiniz işlər:

  • Operatorların işinin effektiv şəkildə təşkili, bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
  • Cari iş proseslərinin nəzarətdə saxlanılması, operatorların iş yerlərində effektiv şəkildə fəaliyyət göstərə bilməsi üçün iş yükünün pik saatlarını düzgün təyin etmək;
  • Rutin işləri minimuma endirmək, mütəxəssislərin daha da səmərəli çalışmasına maraq yaratmaq üçün motivasiya sistemlərindən istifadə;
  • Stressdən azadolma metodlarının aşılanması və operatorların “emosional tükənmə” və “peşəkar yanma” sindromlarından uzaqlaşdırma;
  • Məlumat mərkəzinin Bankın bütün strukturları ilə informasiya mübadiləsinin və əlaqəsinin təşkil edilməsi;
  • Məlumat mərkəzinin iş yükünə operativ reaksiyasını təmin etmək məqsədi ilə Bankın biznes proseslərində olan dəyişiklikləri nəzarət altında saxlamaq;
  • Zəng sayının artırılması, skriptlərin təkmiləşdirilməsi;
  • Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
  • İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
  • Cari işçilərin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsi məqsədi ilə mütəmadi təlim proqramlarının hazırlanmasında iştirak;
  • Bankın rəhbərliyinə lazımi məlumat və hesabatların təqdim olunması.

Komandaya qoşulmaqla siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı

 Bizim üçün ideal namizəd

  • Məlumat mərkəzi və ya satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan
  • Məlumat mərkəzi və ya satış üzrə rəhbər və ya trener kimi təcrübəsi olan
  • Münaqişələrə kreativ həll yolu tapan
  • Analitik düşünmə bacarığı olan
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
  • Güclü kommunikativ qabiliyyətə sahib olan
  • Kompüter və Microsoft Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Məlumat mərkəzi və telesatış şöbsinin müdiri”)

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı