Məktəb fənləri müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

10LINE Azerbaijan Məktəb fənləri müəllimi üzrə vakansiya elan edir. Müəllimlik təcrübəsi arzuolunandır.

İş mətni:

1) Onlayn Azərbaycan layihəsi, saytın məzmunu üçün video dərslər çəkərək tədrisə hazır olan aşağıdakı məktəb fənləri üzrə mütəxəssislərə ehtiyac duyur:

  • 1. Biologiya
  • 2. Azərbaycan tarixi
  • 3. Dünya tarixi
  • 4. Kimya
  • 5. Fizika
  • 6. Ədəbiyyat
  • 7. Astronomiya
  • 8. Konstitusiya
  • 9. Fəlsəfə
  • 10 Riyaziyyat (ali və məktəb)
  • 11. NVP

Digər tədris fənləri də qəbul edilə bilər

Təkliflərimiz:

  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə
  • Yüksək keyfiyyətli dərslərin çəkilməsi üçün hər cür şəraitin yaradılması
  • Müəllimlik fəaliyyətinizin inkişafına əlavə töhfə
  • Azərbaycanın ən böyük təhsil cəmiyyətinin hissəsi olmaq şansı
  • Sərbəst iş qrafiki (razılaşma yolu ilə)
  • Qısa müddət ərzində yüksək əlavə gəlir əldə etmə imkanı
  • Hər müəllimə fərdi yanaşma
  • Səmimi peşəkar komanda ilə işləmək imkanı

Tələblərimiz:

  • Tədris sahənizdə yüksək səviyyədə biliklərin olması
  • Müəllimlik təcrübəsi arzuolunandır
  • İşə məsuliyyətli yanaşma, çəkiliş üçün razılaşdırılmış vaxtda iştirak etmək imkanı.
  • Səliqəli görünüş, nitqin qrammatik cəhətdən düzgün olması

Əmək haqqı müsahibə zamanı müzakirə olunur, tərcümeyi-halda şəkliniz olmalıdır.

Platformamız və işçi qüvvəmiz daim inkişaf edir və göstərilən xidmətlər səviyyəsini yaxşılaşdırır. Əgər siz də komandamızın bir hissəsi olmaq istəyirsinizsə, xahiş edirəm öz CV-lərinizi aşağıdakı ünvana göndərin: vacancy@ola.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...