Loqistika meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gədəbəy Mineral Suları Loqistika meneceri vəzifəsi üzrə vakansiya elan edir. Yaxşı ünsiyyət bacarıqları olmalıdır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması
  • Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
  • Sürücülərin xüsüsi qrafiklərinin hazırlanmasına nəzarət etmək;
  • Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etmək;
  • Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərini hazırlamaq və daxili satınalma qaydalarına əsasən icra olunmasına nəzarət etmək;
  • Cəmiyyətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət etmək;
  • Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması

TƏLƏBLƏR:

  • Ali  təhsil
  • Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
  • Azərbaycan və rus dillərində səlis danışıq,  ingilis dilini bilmək üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli
  • Komanda şəklində işləməyi bacarmalı
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  •  İşdə dəqiqlik və detallara fikir vermə bacarığı
  •  İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
  • Ofis və ERP proqramlarında yüksək səviyyədə işləmək bacarığı;

Anbar prosseslərinin idarə edilməsində  təcrübəsi olan şəxlərə üstünlük veriləcək.

Müraciət etmək istəyən namizədlərdən cv-lərini  mail ünvanına mövzu hissəsinə “Loqistika meneceri ” qeyd edərək göndərmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Anbardar

Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

08.05.2025 - Bakı

600₼
Anbardar köməkçisi

Uragan-Group Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group

08.05.2025 - Bakı

600₼
Broker

AzəriMed QSC Broker vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

08.04.2025 - Bakı