Logoların qrafikası və dizaynı üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Debet Safety Logoların qrafikası və dizaynı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Şirkətin bütün qrafik, dizayn işlərini görmək
  • Lazım olduqda müştərilərdən elektron formatda loqoların nümunələrini almaq və onları lazım olan formata çevirmək
  • Müştərilərlə sifarişdən qabaq işləri aparmaq, onların istəklərini aydınlaşdırmaq və yeri gəldikdə öz məsləhətlərini vermək
  • Şirkətə təqdim etdiyi, eləcə də yeni malların fotoşəkillərini hazırlamaq və onları məlumat bazasına daxil etmək
  • Mətbəə məhsullarının (kataloq, jurnal, buklet, liflet, flayer, poster və s.) dizayn edilməsi, səhifələnməsi və çapa hazırlanması
  • Korporativ stilin hazırlanması
  • Sosial Media kanalları üçün paylaşımların hazırlanması
  • Dizayn (texniki) sənədlərinin və istehsal tapşırıqlarının ardıcıllıqla hazırlanmasını təmin etmək
  • Maya dəyərini tərtib etməklə əsas smeta üzərində işləmək, yekun variantı rəhbərinə təqdim etmək
  • Material və aksesuarların alınması üçün təchizat işlərinin koordinasiyasını təmin etmək
  • Rəhbərliyin  göstərişi ilə Logoların qrafikası və dizayn üzrə mütəxəsis  səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək

Tələblər:

  • Mimimum 2 il iş təcrübəsi
  • Dizayn və Reklama aid mövcud standartlar, texniki şərtlər və tərtibat metodları üzrə biliklər
  • Adobe Photoshop, Adobe Illustrator, Corel Draw (Adobe Premier, Adobe After Effects) – əla səviyyədə
  • Azərbaycan dili və rus dili  yüksək səviyyədə;
  • Məsuliyyətli, diqqətli, kreativ düşünmə bacarığı, komandada işləmək bacarığı, yeniliklərə açıq olma;

İş şəraiti:

  • Əmək haqqı 700-900 azn
  • Servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət  tərəfindən təşkil olunur,
  • 5 günlük iş həftəsi ( 08:00 – 17:00)
  • AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi

Vakansiyaya müraciət üçün CV-nizi “ Logoların qrafikası və dizaynı üzrə mütəxəssis” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...