Qısa məzmun
Debet Safety Logoların qrafikası və dizaynı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətin bütün qrafik, dizayn işlərini görmək
- Lazım olduqda müştərilərdən elektron formatda loqoların nümunələrini almaq və onları lazım olan formata çevirmək
- Müştərilərlə sifarişdən qabaq işləri aparmaq, onların istəklərini aydınlaşdırmaq və yeri gəldikdə öz məsləhətlərini vermək
- Şirkətə təqdim etdiyi, eləcə də yeni malların fotoşəkillərini hazırlamaq və onları məlumat bazasına daxil etmək
- Mətbəə məhsullarının (kataloq, jurnal, buklet, liflet, flayer, poster və s.) dizayn edilməsi, səhifələnməsi və çapa hazırlanması
- Korporativ stilin hazırlanması
- Sosial Media kanalları üçün paylaşımların hazırlanması
- Dizayn (texniki) sənədlərinin və istehsal tapşırıqlarının ardıcıllıqla hazırlanmasını təmin etmək
- Maya dəyərini tərtib etməklə əsas smeta üzərində işləmək, yekun variantı rəhbərinə təqdim etmək
- Material və aksesuarların alınması üçün təchizat işlərinin koordinasiyasını təmin etmək
- Rəhbərliyin göstərişi ilə Logoların qrafikası və dizayn üzrə mütəxəsis səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək
Tələblər:
- Mimimum 2 il iş təcrübəsi
- Dizayn və Reklama aid mövcud standartlar, texniki şərtlər və tərtibat metodları üzrə biliklər
- Adobe Photoshop, Adobe Illustrator, Corel Draw (Adobe Premier, Adobe After Effects) – əla səviyyədə
- Azərbaycan dili və rus dili yüksək səviyyədə;
- Məsuliyyətli, diqqətli, kreativ düşünmə bacarığı, komandada işləmək bacarığı, yeniliklərə açıq olma;
İş şəraiti:
- Əmək haqqı 700-900 azn
- Servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
- 5 günlük iş həftəsi ( 08:00 – 17:00)
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
Vakansiyaya müraciət üçün CV-nizi “ Logoların qrafikası və dizaynı üzrə mütəxəssis” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...