Qısa məzmun
WE Group Logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
WE Group – 1994-cü il tarixindən Beynəlxalq Yükdaşıma və Logistika, Servis xidməti və Ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərən şirkətdir.
İş barədə məlumat:
- Daxil olan müştəri müraciətlərinin qəbul edilib tam və vaxtında cavablandırılması;
- Müştəri müraciətlərinə əsasən kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- Şirkətin xidməti haqqında müştərilərin tam məlumatlandırılması;
- Ən uyğun qiymət və marşrutun seçilməsi, təsdiqlənmiş sifarişin icraya ötürülməsi və nəzarətdə saxlanılması;
- Sifariş olunan, daşınan yüklərin qeydiyyatının aparılması və səyahət boyu yükün izlənilməsi;
- Daşınma zamanı yaranan problemlərin və dəyişikliklərin operativ şəkildə həll edilməsi;
- Malların keyfiyyətli daşınmasının təmin edilməsi;
- Yükün daşınması üçün nəqliyyat vasitəsinin təşkil edilməsi;
- Müştərilər tərəfindən göndərilən sorğuları operativ və dəqiq cavablandırılması;
- Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
- Daşınma ilə bağlı zəruri sənədlərin toplanılması, yoxlanılması və aidiyyəti üzrə təqdim edilməsi;
- Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının apaılması;
- Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim edilməsi;
- İcra olunan sifarişin dəyərinin müştəri tərəfindən ödənilməsinin təmin edilməsi;
- Gündəlik əməliyyatların və hesabatların icra edilməsi eyni zamanda daxili proqram təminatına işlənilməsi;
- Daşıyıcı şirkətlərlə yazışmaların aparılması, əlaqənin qurulması və müştəri bazasının yığılması;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə Rəhbərinə hesabatın verilməsi.
Namizəd üçün tələblər:
- Ali təhsili;
- 2 il iş təcrübəsi (Logistika sahəsində xüsusilə tır, vaqon, konteyner);
- Azərbaycan və Rus dillərində sərbəst, İngilis dilində yaxşı danışıq bacarığı;
- MS Ofis proqramlarından istifadə bacarığı (xüsusilə excel);
- Müştəri ilə işləmək bacarığı, məsuliyyətli, tələbkar, detallara qarşı diqqətli və operativ olmalı.
Əmək Şəraiti:
- AR-nın ƏM – nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 5 günü;
- İş saatı: 09:00 – dan 18:00 – dək; nahar fasiləsi 13:00 – dan 14:00 – dək.
- Ünvan: Bakı şəhəri, Globus Center.
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Logistika üzrə mütəxəssis” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
\AGRO-VEST RETAIL Satınalma üzrə mütəxəssis vakansiyası elan edir. ...
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...