Logistika üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Başak Group şirkəti Logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

ŞİRKƏT HAQQINDA: “Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.

Namizədə aid tələblər:

  • Ali təhsil,
  • Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər,
  • Təcrübə: Sahə üzrə ən az 2 il,
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı,
  • Punktual,
  • Analitik düşüncə,
  • Təqdimat bacarığı,
  • Rus dili, ingilis dili əla səviyyədə,
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.).

Vəzifə öhdəlikləri:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • İdxal və İxrac əməliyyatlarına nəzarət
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
  • İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
  • Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
  • Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
  • Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ),
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
  • Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsin Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı