Qısa məzmun
Ə/h 600-700 AZN. GerLift Group LLC Logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İncoterms 2000 və 2010 şərtlərini bilməlidir.
Vəzifə öhdəlikləri:
- Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;
- Təchizatçılar və brokerlər ilə əlaqələri idarə edir;
- Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparmaq;
- İdxal sənədlərinin hazırlanması, sertifikatların alınması;
- Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
- Beynəlxalq yükdaşımaların həyata keçirilməsi;
- Gömrük brokerimiz ilə bərəbər gələn yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesinin nəzarətdə saxlanıması;
- Avadanlıqların statusu haqqında məlumatın mütəmadi yenilənməsi
- İncoterms 2000 və 2010 şərtlərini bilməli
- Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək
- Yük sənədlərinin yoxlanılması.
Namizədə tələblər
- Cinsi: qadın
- Yaş həddi: 25-35 yaş aralığında olan namizədlər
- Ali təhsil
- Analoji sahədə 2 il iş təcrübəsi;
- MS Office proqramlarını (Word, Excel, Adobe Photoshop və digər ofis programlarını) əla bilmək
- Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;
- Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı.
Əlavə məlumatlar:
- Əmək haqqı: 600-700 AZN
- Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki: 5 gün, 09:00 – 18:00;
Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) chinara.gaffarli@gerlift.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Logistika üzrə mütəxəsiz) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...