Logistika üzrə menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Amoris Logistika üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • Satışa çıxarılan məhsulların vaxtında yüklənməsi, daşınması və təhvil proseslərinin düzgün təşkili
  • İxrac olunan məhsullar üzrə gömrük sənədlərinin (invoice, CMR, packing list, mənşə sertifikatı, fitosanitar və s.) düzgün hazırlanması və vaxtında təqdim olunmasının təmin edilməsi
  • Gömrük meneceri, daşıyıcı şirkətlər və sürücülərlə əlaqələrin koordinasiyası
  • Soyuducu və ya temperatur rejimli nəqliyyat vasitələrinin əvvəlcədən sifarişi və uyğunluğuna nəzarət
  • Yükləmə zamanı məhsulun tara növü, çəkisi, paletləmə qaydaları və qablaşdırma standartlarına uyğunluğunu yoxlamaq
  • Yükün anbar çıxış sənədləri ilə (mədaxil/məxaric) uyğunluğunu yoxlamaq
  • Yükləmə heyətinə rəhbərlik etmək, iş bölgüsünü düzgün təşkil etmək və prosesi nəzarətdə saxlamaq
  • Avtomobilin yükləmə qrafikinə uyğun hərəkət etməsini təmin etmək və gecikmələrin qarşısını almaq
  • Nəqliyyat vasitələrinin GPS-lə izlənməsi və təyinat nöqtəsinə çatana qədər yükün vəziyyətini izləmək
  • Gömrük və logistika ilə bağlı baş verən problemlər barədə operativ şəkildə rəhbərliyə məlumat vermək
  • İxrac olunan məhsulun hansı bazara və ya market şəbəkəsinə getdiyini bilmək və oradakı keyfiyyət/standart tələblərinə uyğun yükləməni təmin etmək
  • Daşınma prosesində baş verə biləcək riskləri əvvəlcədən analiz etmək və uyğun tədbirləri görmək

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 3 il iş stajı
  • Yüksək səviyyədə MS Office proqramları, 1C
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı

İş şəraiti

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri Qusar, Ləgər Qışlaq
  • Əmək haqqı razılaşma yolu ilə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Xarici satınalma üzrə  mütəxəssis

İnci Group of Companies Xarici satınalma üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

03.12.2025 - Bakı

Xarici satınalma üzrə  mütəxəssis

İnci Group of Companies Xarici satınalma üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

27.11.2025 - Bakı

714 — 889 ₼
Alış meneceri

AzəriMed QSC Alış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

27.11.2025 - Bakı

714 — 889 ₼
Alış meneceri

AzəriMed QSC Alış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

17.11.2025 - Bakı

1700₼
Təchizat üzrə Aparıcı Mütəxəssis

Aznet Technologies QSC Təchizat üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

05.11.2025 - Bakı