Logistika üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ADY Ekspress Logistika üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İş təcrübəsinin olması vacib deyil.

İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi

Öhdəliklər:

  • Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;
  • İdxal-ixrac, tranzit və daxili daşınan yüklər üzrə tarifləri hesablamaq;
  • Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
  • Sifarişlərin Şirkətin daxili proqram təminatına işlənməsi, müştərilərə daşıma kodlarını təqdim etmək.

Tələblər:

  • Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
  • Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
  • Riyazi və coğrafi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
  • Microsoft Office proqram təminatından istifadə qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
  • İş təcrübəsinin olması vacib deyil.

Xahiş olunur CV-lərinizi  e-poçtun mövzu (“subject”) hissəsində “Logistika üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə hr@logistics.com.az adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı