Qısa məzmun
Ə/h 400 AZN. Logist LLC Logistik operator vəzifəsi üzrə vakansiya elan edir. Logistika sahəsində 1 ilə qədər təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Vəzifənin öhdəlikləri:
- Anbar tutumunun optimal səviyyədə saxlanılması
- Sifarişin yerinə yetirilməsi və nəqliyyat dövrü boyunca fəaliyyətlərə rəhbərlik və onların müəyyən edilmiş müddətlərə əməl olunmasına nəzarət
- Malların və nəqliyyat vasitələrinin inventarlaşdırılması və nəzarət
- Mövcud təqib sistemlərindən hesabatların əladə olunması və hesabatlıqda emal olunması
- Ölkə daxili çatdırılma sənədlərinin təqibi və bu fəaliyyət üzrə mövcud hesabatların hazırlanıb rəhbəliyə təqdim edilməsi
- Daxili çatdırma sənədlərinin arxivləşdirilməsinin təmin olunması
- Gömrük sənədləri haqqında ümumi məlumatlılıq
- Gömrük rəsmiləşdirilməsi prosesində iştirak üçün uyğunluq
- Beynəlxalq transportun təşkili
- Qeyd: Bütün qeyd edilən öhdəliklər üzrə müəəyyən edilmiş müddətdə tam şəkildə təlimlər keçiriləcəkdir.
Şərtlər:
- Maaş: Namizədə uyğun olaraq 400 AZN-dən başlayaraq
- İş qrafiki: Həftə içi 9:00 – 18:00, Şənbə 9:00 – 14:00, İstirahət günü – Bazar
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Şirkət nömrəsi ilə təmin olunma
- Kadrların ixtisas inkişafına yönəlmiş təlimlərin təşkili
Namizədə tələblər:
- Ali təhsil
- Ünsiyyət bacarıqları
- Yaş limiti: 21-35 yaş
- Kollektivdə işləmə bacarığı
- Rus və ingilis dili biliyi arzuolunandır
- Təzyig altında işləmə bacarığı
- Logistika sahəsində 1 ilə qədər təcrübəsi olanlara üstünlük veriləcəkdir
Maraqlanan namizədlərdən öz CV-lərini info@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...