Logistik operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Logist LLC Logistik operator vəzifəsi üzrə vakansiya elan edir. Logistika sahəsində 1 ilə qədər təcrübəsi olanlara üstünlük veriləcəkdir

Logistika üzrə sürətli inkişaf edən Logist şirkəti komandasına yeni üzvlər axtarışındadır. Logist MMC anbar və ofisi Bakıda yerləşən logistika üzrə hər növ (tam tsikl) xidmət təklif edən müştəri yönümlü şirkətdir.

Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:

  • Beynəlxalq daşınma;
  • Gömrüklə bağlı sənədləşmə işləri;
  • Yüklərin anbarlarda saxlanılması;
  • Malların çatdırılmaya hazırlığı və çatdırılması;
  • Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir.

Vəzifənin öhdəlikləri:

  • Ölkə daxili çatdırılma sənədlərinin təqibi və bu fəaliyyət üzrə mövcud hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
  • Daxili çatdırma sənədlərinin arxivləşdirilməsinin təmin olunması
  • Günlük hesabatların hazırlanması və müştərilərə təqdim edilməsi

Şərtlər:

  • Əmək haqqı: Namizədə uyğun olaraq 400 AZN-dən başlayaraq
  • İş qrafiki: Həftə içi 9:00 – 18:00, İstirahət günü – Şənbə, Bazar
  • AR qanunvericiliyinə əsasən sənədləşmə
  • Şirkət nömrəsi ilə təmin olunma

Namizədə tələblər:

  • Ali təhsil
  • Ünsiyyət bacarıqları
  • Yaş limiti: 20-28 yaş
  • Kollektivdə işləmə bacarığı
  • Microsoft Office proqramları ilə işləmə bacarığı (xüsusi ilə Excel bilikləri)
  • Logistika sahəsində 1 ilə qədər təcrübəsi olanlara üstünlük veriləcəkdir

Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı