Linux Administratorluğu – Müəllim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Code Academy Linux Administratorluğu – Müəllim vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilməsi üstünlükdür.

Müraciət etmək üçün linkə keçid edin.  https://qlor.me/l2g6diod

Təsvir

Code Academy Linux Administratorluğu üzrə müəllim axtarışındadır. İş saatları namizədin cədvəlinə uyğun olaraq təyin olunacaqdır.

Müəllimin əsas iş öhdəlikləri bunlardır:

  • Tədris kurrikulumuna əsasən dərs keçmək;
  • Tələbələrin suallarını vaxtında cavablamaq;
  • Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
  • Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
  • Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
  • Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər

Linux Administratorluğu tədrisi üzrə aşağıdakı biliklərin olması tələb olunur.

  • Script dilləri ilə tapşırıqların avtomatlaşdırılması (bash, python, powershell)
  • Container-lərin idarə olunması (docker, podman)
  • Veb Serverlərin idarə olunması (apache, nginx)
  • Monitorinq serverlərinin idarə olunması (zabbix, graylog, grafana)
  • Firewall-un idarə olunması (firewall-cmd, ufw, iptables)
  • Disklər və fayl sistemlərinin idarə olunması

Əlavə olaraq aşağıdakıları bacarıqlar tələb olunur:

  • Linux Serverlər üzrə 2 il iş təcrübəsinin olması;
  • İdarəetmə bacarığının olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
  • Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır;
  • Red Hat Certified System Administrator sertifikatının olması arzu olunandır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı