Linux Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kibrit Junior Linux Administrator vəzifəsi üzrə vakansiya elan edir.

IT və telekommunikasiya, mobil xidmətlər sahələrində 20 illik təcrübəyə malik olan, ölkənin Mobil Operatorlar; ilə əməkdaşlıq edən, Formula-1, JARA Festivalı və s. kimi tədbirlərə texniki dəstək verən, İT-sistemləri inteqratoru olaraq Crystal Hall, Xəzər TV, Dəniz bulvarı və s. kimi məkanlara xidmət göstərən, bununla yanaşı ölkənin həm özəl şirkətlər, həm dövlət qurumlarının bir çoxunda istifadə olunan “Orangeline” əlaqə mərkəzini idarəetmə həllinin yaradıcısı olan  “KIBRIT.TECH” şirkəti öz peşəkar komandasına Linux Administratorunu (Linux Administrator) axtarır.

Linux Administratoru olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsıznız:

  • Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu)
  • HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat)
  • LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx)
  • Relational və non-relational baza sistemlərin qurulması (Redis DB + Sentinel, mongodb, mysql, postgresql)
  • Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh)
  • VMWare əsaslı virtual maşınların idarə olunması.

Bu vəzifədə sizdən gözləntilərimiz:

  • İlin sonuna qədər proqram təminatının yeni instalyasiyada qaldırılması üçün lazım olan alətlərin yazılmasını script vasitəsilə avtomatlaşdırmanız.
  • İlin sonuna qədər SİP protokolunun işləmə prinsipini və sip debugging üzrə nəzəri və praktiki biliklərə yiyələnməniz.
  • Çoxşaxəli və inteqrasiya tələb edən İVR-ların ilik sonuna qədər python script ilə yazmanız.

Tələb olunan texniki bilik və bacarıqlar:

  • Sistem təhlükəsizlik bilikləri (SELinix, Firewalld + Iptables)
  • Şəbəkə haqqında ümumi biliklər
  • Əməliyyat sistemləri haqqında əsas biliklər
  • Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq
  • Linux idarəsi üzrə 1-2 il təcrübə

Aşağıdakı keyfiyyətlər/bacarıqlar da varsa, sizi daha çox bəyənəcəyik:

  • Ali təhsil: İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə
  • DevOps alətlərini idarə etmək təcrübəsi
  • Python dilində skriptlərin yazılması üzrə təcrübə
  • Asterisk PBX üzrə təcrübə
  • İngilis dili (texniki sənədlərlə işləmək üçün yetərli səviyyədə)

Arzuolunan şəxsi keyfiyyətlər:

  • Məsuliyyət, diqqətlilik, dəqiqlik
  • Sistemli, analitik düşüncə tərzi
  • Məqsədyönlülük
  • Nəticəyönlülük
  • Komandada işləmək bacarığı
  • Stressə davamlılıq
  • Çeviklik
  • Müştərilərlə ünsiyyət qurma bacarığı
  • Fikirlərini aydın şəkildə ifadə etmək bacarığı
  • Müstəqil şəkildə qərar vermə bacarığı

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:

  • Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
  • Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz.
  • Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

Şərtlət, əlavə imtiyazlar (Benefits):

  • Rəqabətli əmək haqqı
  • Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
  • Ofisdə nahar yeməyi (şirkətin hesabına)
  • Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

Özünü bu vakansiyaya uyğun görən şəxslər CV-lərini 30.12.2021 tarixinədək “Linux Administrator” başlığı (subject) ilə e-mail ünvanına göndərə bilər.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı