Yandex-watch
Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis peşəsi üzrə vakansiya — Sinteks Group of Companies — iş elanları 2022

Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis
vakansiya — 2022

Qısa məzmun

Sinteks Group of Companies Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.

Vəzifənin rolu:

Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və yerinə yetirilməsi, tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, təchizatçılara nəzarət və s. layihələrin yerinə yetirilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Bütün mümkün vasitələrdən istifadə etməklə işgüzar ünsiyyəti həyata keçirir
  • Tenderlərin, işgüzar görüşlərin, danışıqların aparır
  • Layihə təchizatçıları və töhfə verənləri əlaqələndirir və onlara kömək edir
  • Müqavilə imzalanana qədər hüquqşünaslarla layihə çərçivəsində müqavilə danışıqlarını aparır
  • Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyaya kömək edir

Əsas tələblər:

Təhsil:

  • Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə ali təhsil və sertifikatlaşdırma

Təcrübə:

  • Satınalma / təchizat zənciri/ layihənin idarə olunması sahəsində minimum 1 il təcrübə

Professional biliklər:

  • Satınalma/Təchizat Zənciri
  • Layihənin idarə olunması
  • Səlis İngilis dili
  • MS Office proqramları  

Professional bacarıq və kompetensiyalar:

  • İşgüzar ünsiyyət
  • Danışıqlar aparmaq bacarığı
  • Zamanın idarə olunması
  • Tədqiqat bacarıqları
  • Analitik bacarıqlar
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problemin həlli

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

5 AZN20% keşbek
CV sifariş et