Layihələrə nəzarət üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PRO CON izo Layihələrə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Layihələrin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin və işçilərin işə davamiyyətinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
  • Layihələrin planlanmış zaman ardıcıllığında həyata keçirilməsinə nəzarət;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək;
  • İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
  • İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı birbaşa rəhbərliyə səmərəli təkliflərlə çıxış etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
  • Layihə bitdikdən sonra material və audit hesabatının rəhbərliyə təqdim edilməsi;

Namizədə tələblər:

  • Yüksək hesabatlılıq və təqdimat qabiliyyəti;
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Təhsil: Ali
  • İş qrafiki: 6 gün;
  • Nahar vaxtı: 13:00-14:00;
  • İstirahət günləri: Bazar;

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) hr.department@main.az elektron ünvanına mövzu hissəsində “Layihələrə nəzarət üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnşaat işləri üzrə sahə rəisi

Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...

Facility Management Group

22.09.2022 - Bakı