Qısa məzmun
PRO CON izo Layihələrin idarə edilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri ilə olan münasibətlərin tənzimlənməsi,
- Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi,
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli,
- Sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi,
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
- Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
- Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
- Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
- Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər
- İnşaat Mühəndisliyi ixtisası üzrə ali təhsil,
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi,
- Punktuallıq və məsuliyyət,
- İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı,
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı,
- Ezamiyyətlərə getməyə hazır olmalı,
- Microsoft Office, Auto Cad və s. proqramlarında işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan – 18:00 -dək; Şənbə: 09:00-dan – 13:00 -dək;
- İstirahət günləri- Bazar;
- Nahar vaxtı 13:00-14:00;
- Əmək haqqı: müsahibə zamanı təyin olunur
- Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) hr.department@main.az elektron ünvanına mövzu hissəsində “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...