Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MilliKart LLC Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş funksiyaları:

  • Layihələrin ölçü, əhatə dairəsi, büdcə və təsir baxımından idarə edilməsi;
  • Layihələrin həcmini, nəticələrini və cədvəllərini müəyyən etməkdə layihə qruplarına rəhbərlik edilməsi;
  • Layihələrin gedişatının idarə olunması və icrası ilə bağlı inzibati idarəetmənin yaradılması;
  • Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlanması;
  • Tətbiqlərin texniki dizaynları və məlumat modellərinin yaradılması;
  • Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilməsi;
  • Müştəri tələblərinə cavab vermək və biznes hədəflərinə çatmaq məqsədi ilə müəssisə vizyonunun müəyyənləşdirililməsi və yönləndirilməsi;
  • Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
  • Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;
  • Cari və gələcək biznes məqsədlərin və İT ilə bağlı məsələlərin müəyyənləşdirilməsi;

Biliklər:

  • MS Office (Word, Excel, PowerPoint, Outlook, MS Project) proqramları üzrə yüksək səviyyədə biliklər;
  • Azərbaycan dili səlis, rus və ingilis dillərində yüksək səviyyədə bilmək;.

Bacarıqlar:

  • Analitik düşünmə bacarıqları – tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Təqdimat bacarığı;
  • Komanda ilə birgə işləmə bacarığı.

Xüsusi Tələblər:

  • Ali təhsil (bakalavr dərəcəsi)
  • Minimum 2 layihənin uğurla tamamlaması;
  • Verilən tapşırıqların tələb olunan tarixə uyğun təhvil verilməsi;
  • İT sahəsində layihələrin idarə olunması üzrə minimum 2 il iş təcrübəsi.

İş şəraiti:

  • İş yeri: Alı Mustafayev 5 A. (Memar Əcəmi m/s yanı)
  • İş saatı: həftə içi 5 gün 09:00-18:00; Şənbə və bazar günləri qeyri-iş günüdür.
  • Əmək haqqı: İşçinin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcəkdir.

Uyğun namizədlər öz CV-lərini “Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” adı ilə göndərməklə müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı