Layihəçi mühəndis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur.

Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur.

Əmək haqqı 1500-2000

Tələblər:

  • Təhsil: Ali (Mühəndislik ixtisası üzrə)
    • Uyğun  sahə üzrə ən azı 3 il peşəkar təcrübə;
  • Autocad, Google earth ( kmz file-larla işləmək), ArcGİS proqramlarını mükəmməl bilməli;
  • Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
    Dil bacarıqları: Azərbaycan və Rus dili sərbəst danışıq və yazma;
  • Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.);
  • Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik, düzgün proqnoz vermək və təşkilatçılıq bacarıqları;

Vəzifələr:

  • Ərazilərə layihə üçün texniki baxış keçirilməsi, GPON və FTTH layihələrinin hazırlanması;
  • Magistral kabellərin planlarının, çertyojlarının, vizualizasiyalarının və KMZ fayllarının hazırlanması;
  • Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir;
  • Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
  • Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlayır və ehtiyac yarananda tətbiq etmək
  • Yeni layihələrin inşasında, texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
  • Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini, maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .
  • Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək.
  • İstifadə edilən hər növ material, avadanlıq ilə əlaqədar lazımi testləri aparmaq, nümunələri almaq, kitabça və zəmanət sənədlərini nəzərdən keçirmək, və təsdiq edilməsi lazım olan sənədləri rəhbərliyə çatdırmaq.
  • Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq .

İş şəraiti:

  • İş qrafiki: Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək
  • İstirahət günləri: şənbə və bazar.
  • İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
  • Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina

Email: cv@az-net.az

CV göndərilərkən məzmun yerində “Layihəçi mühəndis” qeyd olunması mütləqdir.

Oxşar vakansiya siyahısı:

Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

21.07.2025 - Hacıqabul

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

18.07.2025 - Şəmkir