Layihəçi Elektrik (Draftsman)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 8/00-900 AZN. Crocus Construction Layihəçi Elektrik (Draftsman) vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

Crocus Construction” MMC Layihəçi Elektrik Draftsman vakansiyasını elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Elektrotexnikanın nəzəri əsaslarından fundamental biliklərə sahib olmaq;
  • Alçaq gərginlikli elektrik avadanlıqları (quraşdırılması, iş prinsipi) haqqında ümumi biliklərə sahib olmaq;
  • Binadaxili və açıq sahələrdə elektrik təchizatının norma və qaydalarını bilmək;
  • Elektrik yarımstansiyalarının əsas və köməkçi avadanlıqları haqqında ümumi biliklərə sahib olmaq;
  • Yaşayış binası, ofis, restoran, park və.s ərazilərdə elektrik təchizatının və işıqlanmasının layihələndirilməsini həyata keçirməkdə mühəndis tapşırıqlarını yerinə yetirmək;
  • Elektrik təchizatı, torpaqlama və işıqlanma avadanlıqlarının yerləşmə planlarını və birxətli sxemlərini çəkmək, sənədlərini hazırlamaq;
  • Mühəndis tapşırıqları əsasında müxtəlif elektrik hesabatlarının aparılmasını yerinə yetirmək və sənədlərini hazırlamaq;
  • Layihəyə uyğun avadanlıqların ümumi siyahısını hazırlamaq, marka və modellərini seçmək;
  • Tikintidə müxtəlif dəyişikliklərə uyğun layihə işlərini yoxlamaq və sənədləri cari vəziyyətə uyğun tənzimləmək;
  • Elektrik təhlükəsizliyi haqqında ümumi biliklərə sahib olmaq;

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Elektrik norma və standartları ilə hərtərəfli xəbərdar olmaq;
  • Kompüter bilikləri – MS office, Word, Excell, AutoCad; Relux proqramı arzu olunandır;
  • Komandada işləmək bacarığı.
  • İş təcrübəsi minimum 3 il;
  • Əmək haqqı 800 – 900 AZN arası;
  • İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
  • Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
  • İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:

E-mail: recruitment@seabreeze.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan