Qısa məzmun
Offissa Dizayn Ko Layihə və Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Layihə konsepsiyasının işlənməsində iştirak
- Layihələrin başlanılmasının qeydiyyatı, reyestrin aparılması;
- Layihələrin qeyd olunan müddət ərzində icra olunmasına nəzarət;
- Podratçıların və digər layihə iştirakçılarının seçilməsi;
- Layihə icrası üzrə işlərin həyatə keçirilməsinin təşkili və əlaqələndirilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların təqdim olunması;
- Təchizatçılardan sifarişlərin hazırlanmasını və vaxtında yerləşdirilməsini təmin ermək;
- Nəqliyyat planlarının işlənib hazırlanmasını həyata keçirmək;
- Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
- Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
- Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
İşçiyə dair tələblər:
- Təhsil: ali
- Kompüter biliyi: MS Office proqramları;
- Dillər: Azərbaycan (Rus və ingilis dillərin bilməsi arzuolunandır)
- Yaş həddi: 22-35
Şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: bazar günü
- Əmək haqqı 600 AZN -dən başlayaraq(təcrübədən asılı olaraq)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Merçendayzer
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...