Layihə üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Pizza Mizza Restoranlar şəbəkəsi “Layihə üzrə menecer” vakansiyanını açıq elan edir.

Pizza Mizza Restoranlar şəbəkəsi “Layihə üzrə menecer” vakansiyanını açıq elan edir!

Layihələr üzrə menecer olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
  • Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək;
  • Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq; hər hansı bir tərəqqi və irəliləyişlərin izlənilərək monitorinqini aparmaq üçün layihənin dəqiq planını hazırlamaq;
  • Layihə və təşəbbüslər barədə məlumatları və yenilikləri bütün əlaqəli şəxslərə çatdırmaq;
  • Layihələrin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin / təchizatçıların fəaliyyətini koordinasiya etmək; resursların mövcudluğunu və bölüşdürülməsini təmin etmək
  • Bütün layihələrin vaxtında, əhatə dairəsi və büdcə çərçivəsində icra olunduğunu təmin etmək;
  • Bütün maraqlı tərəfləri cəlb etməklə və texniki imkanları təmin etməklə layihənin əhatə dairəsi və hədəflərinin müəyyənləşdirilməsində kömək etmək;
  • Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin həcminə, layihə cədvəlinə və layihə xərclərində müvafiq dəyişiklikləri idarə etmək;
  • Müvafiq layihə idarəedilməsi və monitorinqi vasitələrini, metodlarını müəyyən etmək və tətbiq etmək;
  • Layihələrin icra hesabatları formasını müəyyən etmək, hazırlayır və mütəmadi hesabatların təqdim edilməsini təmin etmək
  • Şirkətdə layihə və prosesləri ayırd etmək;
  • Lahiyələr üzrə müvafiq kommunikasiya planını hazırlamaq və icra etmək;
  • Potensial və şirkətdaxili sifariş edilmiş layihələr üçün büdcə, insan resursları və s. tələbləri proqnozlaşdırmaq;
  • KPİ sisteminin departamentlər və filiallar üzrə qurulmasında iştirak etmək;

Vəzifənin tələbləri:

  • Ali təhsil;
  • Yaş 23-35
  • Layihələrin idarə edilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan (səlis) və Rus (səlis) dillərini bilmək;
  • MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
  • Layihələri idarə etmə bacarığı (PMP və / və ya Prince 2 sertifikatı üstünlükdür).
  • Mükəmməl ünsiyyət bacarıqları;
  • Maliyyə, satınalma, logistika, hüquq prinsiplərini anlamaq
  • Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək

Əlavə məlumat:

  • Əmək haqqı barədə məlumat müsahibə əsasında bildirilir
  • İş qrafiki:10:00-19:00
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
  • Nahar şirkət tərəfindən təmin olunur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@pizzamizza.az elektron ünvanına, mövzu hissəsində “Layihə üzrə menecer” qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı