Layihə rəhbəri (Tikinti sahəsi üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 3500-4000 AZN. GM ConstructionLayihə rəhbəri (Beynəlxalq layihə üçün) üzrə vakansiya elan edir.

Vəzifə üzrə öhdəliklər:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi,
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi,
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli,
  • Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi,
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
  • Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.

Vəzifəyə tələblər:

  • İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil,
  • Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi,
  • Rus və ingilis dilini əla səviyyədə bilməli,
  • Punktualıql və məsuliyyət,
  • İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı,
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı,
  • Ezamiyyətlərə getməyə hazır olmalı,
  • Microsoft Office, Auto Cad, 3D və s. proqramlarında işləmək bacarığı.

İş şəraiti və təminat:

  • İş rejimi: 6 günlük,
  • İş yeri: Bakı Heydər Əliyev pr 189, gələcəkdə rotasiya oluna bilər,
  • Korporativ nömrə ilə təmin olunma,
  • Əmək haqqı: 3500 – 4000 man (müsahibə əsasında müəyyən olunacaq).

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə ən yaxın namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri daha uygun tələb və vakansiyalar üzrə dəyərləndirmək məqsədilə CV bazasına əlavə edilir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı