Qısa məzmun
Ə/h 500-800 AZN. Steel Line ConstructionLayihə qiymətləndirmə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Vəzifənin adı: Metalkonstruksiya işləri layihələrinin qiymətləndirmə mütəxəssisi
- Vəzifə öhdəlikləri:
- Üst qurğuları və metal konstruksiyaların layihələndirilməsi
- Üst qurğuları və metal konstruksiyaların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablanması
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması
- Üst qurğuları və metal konstruksiya layihə cizgilərinin çəkilməsinin təşkil edilməsi
- Üst qurğuları və metal konstruksiyaların işləri üçün layihə sənədlərinin hazırlanması
- Üst qurğuları və metal konstruksiyaların quraşdırılması işlərinə nəzarətin həyata keçirilməsi
- Üst qurğuları və metal konstruksiyaların statik hesabatın verilməsi
- Statik hesabat nəticəsində iqsadi cəhəddən sərfəli olan konstruktiv elementlərin en kəsinin və materialın təyin olunması
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədlərin tərtib edilməsi
- Layihələrin istehsalat sahəsində və quraşdırma sahəsində tam təhlükəsiz və tikinti normalarina uyğun təhvil verilməsində işlərin ardıcıllığına nəzarət edilməsi
- İdarə və sexlərdən təqdim olunan cizgilərin AutoCad rejimində çəkilməsini və böyük ölçüdə cizgilərin çap olunması işlərində iştirak edir
- İstehsal sahələrində hazırlanan detalların sifarişlərini sənədləşdirməkdə iştirak edir
- Yeni istifadəyə verilən istehsal güclərinin, obyektlərin layihə sənədlərinin toplanmasını nəzarətdə saxlayır
Əlavə məlumatlar:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
İş saatı I-V günlər 10:00-dan 18:00-dək,
şənbə 10:00-dan 15:00-dək
Namizədə tələblər:
- Texniki ali təhsil
- Analoji sahədə ən azı 5 il iş təcrübəsi
- Ağır Metal Konstruskiya işləri üzrə layihələşdirilmə təcrübəsinə malik olmaq
- Ağır Metal Konstruskiya işlərinin hazırlanması, İTP (inspection test plan) hazırlamaq
- Qaynaq prosesləri üzrə müvafiq biliklərə malik olmalı
- Autocad, Tekla, Solidworks, MS Ofice və digər mühəndis qrafika proqramlarını ən azı istifadəçi səviyyəsində bilməli
- Layihələri qiymətləndirmək bacarığına malik olmaq
- Müasir qaynaq və mexaniki emal proseslərini bilmək
- Layihələrin idarə olunması təcrübəsinə malik olmaq
- Nrmativ texniki sənədlərin tələblərinə uyğun iş bacarığı
- Stressə dözümlülük, texniki həll verə bilmək bacarığı, təzyiq altında işləmək bacarığı
- Kompüter bilikləri: MS Office proqramları
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək
- Yaş həddi
- Cinsi:Xanım və bəy
Maraqlanan şəxslər öz CV-lərini office@steelline.az e-mail ünvanına göndərə bilərlər.