Layihə meneceri – inşaat mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Qartal Construction Company İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar firmanın hesabına verilir.

Tələblər:

  • Minimum 5 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
  • İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
  • Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
  • İngilis diliini mükəmməl bilməli;
  • Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
  • B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

Vəzifə öhdəlikləri:

  • İşçinin yerinə yetirəcəyi işlər aşağıdakılardır:
  • BP şirkəti, SOCAR-ın struktur bölümləri və digər sifarişçilərin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
  • Ona tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
  • Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İş haqqında məlumat:

  • BP şirkəti, SOCAR-ın struktur bölümləri və digər sifarişçilərin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması, uyğun qiymət təklifinin verilməsi və sahədə işlərə rəhbərlik edilməsi;
  • Tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
  • Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İşçi üçün şərait:

  • Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
  • Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
  • Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
  • İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində “Layihə Meneceri – İnşaatçı Mühəndis” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı