Layihə meneceri (texniki)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Global Food Company Layihə meneceri (texniki) vəzifəsi üzrə vakansiya elan edir.

İşəgötürən: “GFC” MMC, KFC və Pizza Hut Restoranlar şəbəkəsi

Namizədə aid tələblər:

  • Azərbaycan, Rus və İngilis dilləri üzrə mükəmməl biliklər;
  • Layihə idarə edilməsi sahəsində minimum 5 il təcrübə olması;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • Autocad proqramı üzrə biliklər;
  • Peşəkar yazışma qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

  • Layihənin hazırlanması,təşkili və nəzarəti;
  • Layihənin bütün mərhələlərində işin təşkili və nəzarəti;
  • Restoranlar şəbəkəsində fasiləsiz texniki işin təmin edilməsi;
  • Layihənin bütün aspektlərinin uğurla başa çatmasına nəzarəti və məsuliyyət daşıyır;
  • Layihə qrupu və əlaqəli bölmələrin layihə daxilində fəaliyyətlərinin əlaqələndirilməsi;
  • İllik layihələr üzrə büdcəsinin formalaşdırılması və nəzarəti;
  • İllik iş planlaşdırmanı həyata keçirir və yerinə yetirilməsini təmin edir;
  • Biznes tələblərinin müəyyənləşdirilməsi;
  • Layihə müddətlərin vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə fəaliyyətlərinin gedişatını və nəticələrini nəzərdən keçirməsi və qiymətləndirməsi;
  • Maliyyə dəyərləndirmə, qiymətləndirmə və maliyyə hesabatın təqdim edilməsi;
  • Xahiş edirəm gizli kodu “555” ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
  • Obyektin istismara verilməsinə nəzarət;
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
  • Üzləşilə biləcək riskləri və problemləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti- 3 ay;
  • Həftədə 5 iş günü, 2 gün istirahət, 09:30 -dan 18:30 -dək;

E-mail: hr@gfc.az

CV göndərərkən mövzu yerinə mütləq vakansiyanın adı qeyd olunsun.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı