Qısa məzmun
Avromed Company QSC Layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə qısa məlumat:
- Brendbuka, pərakəndə satış məntəqələrinin optimal istifadəsinə və aptek müəssisələrinə tətbiq olunan qaydalara riayət edərək AutoCad proqramında çertyojlar üzərində iş aparır, detallarda dəyişiklik və ya əlavələr edir;
- Bütün Layihələrin BOQ prosesini hazırlayır;
- Müştəri, aptekin yerləşəcəyi sahənin sahibi, subpodratçılar və təchizatçılar arasında koordinasiya yaradır. Subpodratçılar, təchizatçılar və müxtəlif layihə iştirakçıları ilə qiymətlərin razılaşdırılmasını təmin edir;
- Sahədə tamamlanan işlərə əsasən subpodratçılardan gələn hesab-fakturaların yoxlanılmasını həyata keçirir;
- Müəyyən edilmiş sahə üzrə əvvəlcədən mənbələrin araşdırılması və təşkil edilməsini təmin edir;
- Sahədə tamamlanan işlərin keyfiyyətini və çertyoja uyğun olmasına nəzarəti həyata keçirir. Sahədə qayda və prosedurları tətbiq edir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən sahələrə şəxsən nəzarət edir.
Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: Ali/Bakalavr
- İş təcrübəsi: İnşaat sahəsi üzrə 3 ildən çox iş təcrübəsi.
- Dil bilikləri:
- Azərbaycan və Rus dilləri – mükəmməl.
- İngilis dili – arzuolunandır.
- Peşə bacarıqları:
- Kommersiya danışıqları aparmaq bacarıqları
- Planlaşdırma bacarığı
- Məntiqi yanaşma
- Detallara diqqət
- Kompwter bilikləri: MS office, AutoCAD
Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.
Maraqlananlar CV-lərini elektron ünvanına 20.10.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Layihə meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.