Qısa məzmun
Encom Construction şirkəti Layihə Koordinatoru üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Layihə planlarının, müddətlərinin, iş saatları, büdcə və xərclərin icrası və izlənməsi
- Layihə icralarının və icra müddətlərinin sənədləşdirilməsi və nəzarətin təmin edilməsi
- Lazım olan təqdimat materiallarının hazırlanması
- Layihədə iştirak edən müxtəlif biznes vahidləri arasında işin koordinasiya və idarə edilməsi
- Rəhbərliyə hazırlanan hesabatların hazırlanma prosesinə dəstək verilməsi, yeni imkanlar, layihələrin/investisiyaların digər aspektləri barədə məlumatların təqdimi
- Şirkətin missiyası, vizyonuna uyğun olaraq daxili və xarici tədqiqatların aparılması və yeniliklərin təqdimi
- Verilmiş tapşırıqlara uyğun olaraq tələb olunan cari təhlillərin aparılması
- Departamentin digər gündəlik fəaliyyəti ilə bağlı dəstək
- İş qrafiki: həftənin 1-6 günləri (şənbə günü qısa iş günüdür)
- Ünvan: Nəcəf Nərimanov 5c
Namizədə tələblər:
- Müvafiq sahədə bakalavr və ya magistr təhsili
- Layihə idarəetməsi və bənzər sahədə təcrübəsi olanlara üstünlük verilir
- Mürəkkəb və uzun müddətli layihələr üzrə təcrübə
- Analitik düşüncə
- Azərbaycan və Rus dilində səlis danışıq, İngilis-dili əlavə üstünlükdür
- Əla səviyyədə münasibət, ünsiyyət və tədqiqat qabiliyyəti
- Stressə dözümlü
- Kollektivdə işləmə bacarığı
- Yalnız xanım namizədlər
Maraqlanan şəxslər öz CV-lərini cv@encom.az mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
1000 — 1500 ₼
İnsan Resursları üzrə mütəxəssisNYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...