Layihə idarə edilməsi üzrə menecer/mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. A2Z Advisors Layihə idarə edilməsi üzrə menecer/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

A2Z Advisors” MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. “A2Z Advisors” MMC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir. Bununla yanaşı, şirkət kamera müşahidə sistemlərinin layihələndirilməsi və qurulması, giriş-çıxışa nəzarət sistemlərinin qurulması və yanğın təhlükəsizliyi sistemlərinin qurulması daxildir.

Hazırda Layihələrin İdarəedilməsi şöbəsinə “Layihə idarə edilməsi üzrə menecer/mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Namizədə dair tələblər:

  • Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
  • Tələb olunan iş təcrübəsi: proqram/layihə idarə edilməsi sahəsində minimum 3 il (IT layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək)
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək (MS project il işləmə bacarığı arzuolunandır);
  • Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarıqları
  • Nəticə yönümlülük;
  • Güclü analitik və təqdimat bacarıqları;
  • Fikirlərini aydın və strukturlaşdırılmış formada ifadə etmək qabiliyyəti..
  • Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
  • İnformasiya Texnologiyaları və trendləri barəsində bilik
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta, Rus dili – orta;
  • Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira).
  • Lisenziya / Sertifikat: İT PMI / PMP, Prince 2 /Agile / Scrum / SQL

Vəzifə öhdəlikləri:

  • Fərdi layihələri idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir, lazım gəldikdə əlavə strukturları işə cəlb edir
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir
  • Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
  • Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir
  • Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;
  • Bütün işlərlə bağlı Departamentin direktoruna hesabat verir
  • Müştərilərin tələb etdiyi layihələrin icrası üçün məsuliyyət daşıyır

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00, 6 gün – qısadılmış

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə idarə edilməsi üzrə menecer/mütəxəssis” yazaraq cv@a2z.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı