Layihəçi elektrik mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Crocus Construction Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

Əsas vəzifə və öhdəliklər:

  • Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərini layihələndirmək;
  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
  • Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək;
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
  • Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə emək;
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
  • Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
  • İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
  • Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

Namizədə tələblər:

  • Təhsil – Ali təhsil (müvafiq sahədə);
  • 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
  • Kompüter bilikləri – Microsoft ofice, Word, Excell, AutoCad;
  • Dil bilikləri – Azərbaycan, Rus;
  • Komandada işləmək bacarığı.

İş yeri:

  • Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
    Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
e-mail: recruitment@seabreeze.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı