Layihə rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Hidro Insaat Servis LLC Layihə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. İşyeri Gürcüstan respublikasıdır.

Hidro İnşaat Servis MMC beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirən şirkətdir. Şirkət yarandığı tarixdən bu yana ölkə daxilində su kanalizasiya, su anbarı, su kanalı və su təmizləmə qurğuları tikintisi kimi müxtəlif layihələri uğurla başa vurmuşdur.

Şirkət Layihə rəhbəri axtarır.

Vəzifə təlimatları:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
  • Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini,
  • Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi,
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
  • Layihənin gedişatı və xərclərlə ilə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi.

Tələblər:

  • İşyeri Gürcüstan respublikası,
  • Mühəndislik ixtisası üzrə Ali təhsil,
  • İnşaat sahəsində minimum 10 il iş təcrübə,
  • Su kanalizasiya layihələri üzrə təcrübə arzuolunandır,
  • Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı.

Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür.

Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiter@hidro-insaat.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı