Layihə rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kontinent İnşaat MMC Layihə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır.

Vəzifə üzrə öhdəliklər:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
  • Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini,
  • Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi,
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
  • Layihənin gedişatı və xərclərlə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi.

Vəzifəyə tələblər:

  • İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 10 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@kontinent.az elektron ünvanına, mövzu hissəsində “layihə rəhbəri” qeyd edərək göndərə bilərlər.

Qeyd; Göndərilən müraciətlərə diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən tələblərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri daha uygun tələb və vakansiyalar üzrə dəyərləndirmək məqsədilə CV bazasına əlavə edilir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı