Laboratoriya İnspektoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azersun Holding Laboratoriya İnspektoru vəzifəsi üzrə vakansiya elan edir. Araşdırma və analizetmə bacarığı olmalıdır.

Namizədə aid tələblər:

  • Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları üzrə ali təhsili olmalı;
  • Təmizlik məhsullarının istehsalı sahəsində ən azı 1 illik təcrübəyə sahib olmalı;
  • Fiziki-kimyəvi analiz laboratoriyasında çalışma qaydasını bilməli;
  • Ümumi və analitik kimyanın əsaslarını bilməli;
  • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • Təmizlik məhsulları sənayesini, xüsusiyyətlərini, özəlliklərini və texnologiyası reglamentini bilməli;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.

İş haqqında məlumat:

  • Keyfiyyət standartlarına uyğun nümunələr alınmalı;
  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqlar aparmalı;
  • Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi üçün çalışmalı;
  • Laboratoriyada işlənilən məhlul və qarışıqları hazırlamalı;
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini aşdıraraq, gərəkli tədbirləri almalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
  • Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etməli;
  • Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirtməli;•
  • Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etməlidir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Laboratoriya İnspektor” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı