Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC şirkəti Laboratoriya bölməsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət edilməsi;
- Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslandırılmasının təmin edilməsi;
- ISO və ASTM standartlarına əsaslanaraq daxili prosedurların yazılması və təsdiqlənməsi;
- Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik, aylıq,illik hesabatlılığın tərtib və təmin edilməsi;
- İstismar olunan avadanlıqların və cihazların xüsusi norma və tələblərə uyğun istifadəsinə nəzarət edilməsi və cavabdeh olması;
- İşçilərin gündəlik görülən işlərə dair iş öncəsi təlimatlandırılması;
- Bütün nümunələrin gündəlik toplanmasına nəzarət edilməsi;
- Vaxtaşırı kalibrasiya tələb olunan avadanlıqların kalibrasiya olunmasının təmin edilməsi;
- Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət edilməsi;
- Yeni tədqiqat və analiz metodların araşdırılması, təklif edilməsi və əsaslandırılması;
Namizədə tələblər:
- Ali təhsil (Metallurgiya/Kimya/Geologiya/Materialşünaslıq üzrə) ;
- Sahə üzrə 5 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- MS Office üzrə biliklər.
Digər məlumatlar:
- İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Laboratoriya bölməsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.