Laborant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. POLYMART MMC Laborant vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmək bacarığına malik olmalıdır.

İş barədə məlumat:

  • Məhsulun və xammalın analizə hazırlanması və xassələrinin müəyyən olunması proseslərində iştirak etmək və alınan nəticələrə görə istehsal prosesinə istiqamət vermək
  • İstehsal prosesinin Keyfiyyətə Nəzarət Planında nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələr almaq və nümunəalma zamanı meydana çıxan problemlərin həlli icazə ilə
  • Nümunələrin metodlarına uyğun analizlərinin və alınan nəticələrin uyğun fayllarda qeydiyyatının düzgün aparılması
  • İstehsal prosesindən alınan nümunələrin analiz nəticələrinin tərtib olunmuş hədəf intervalından kənara çıxmasına yol verməmək. Bu məsələdə istehsala nəzarət edən operatorlarla sıx əlaqə qurmaq
  • Sahəyə gələn xammalların kimyəvi tərkibini analiz etmək, uyğunsuzluq varsa dərhal birbaşa rəhbərinə məlumat vermək
  • Təlimata uyğun olaraq cihazları uyğun standart nümunə ilə yoxlamaq
  • Kimyəvi maddələrin miqdarının, avadanlıqlar və cihazların vəziyyətinin müntəzəm nəzarətdə saxlanması
  • Laboratoriyanın təmizliyinə nəzarət etmək
  • Uyğunsuz məhsulun istehsal prosesini saxlamaq və uyğunsuz xammalın istehsal prosesinə verilməsinə imkan verməmək
  • Qaz balonlarından istifadə zamanı, iş prosesini öncədən planlamaq və istifadə olunan qazın texniki xassələrinə uyğun olaraq lazımi hlükəsizlik tədbirlərini almaq
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
  • İş qrafiki: B.e.-Şənbə 09:00-dan 17:00-dək

Namizədə tələblər:

  • Problem həll etmək bacarığına malik
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı
  • Verilən tapşırıqların düzgün yerinə yetirilməsi

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı