Laborant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

STP Polymer Laborant vəzifəsi üzrə vakansiya elan edir.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Kimya, Kimya mühəndisliyi ixtisası üzrə);
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsinə sahib;
  • Microsoft Office proqramlarını bilməli;
  • Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dillərindən hər ikisini yaxud birini bilməsi üstünlükdür;
  • İSO 17025 standartının tələblərindən məlumatlı olmaq.Bu sahədə sertifikatın olması üstünlükdür;

Hansı işləri görəcəksiniz:

  • Laboratoriyadakı fəaliyyətini İSO 17025 standartının tələblərinə uyğun qaydada həyata keçirmək;
  • Laboratoriyaya nümunələrin qəbulu,aparılan test və analizlərə aid nümunələri sınaqdan öncə kondisiyalaşdırmaq və analizlər üçün hazırlamaq;
  • Laboratoriya testlərini müəyyən edilmiş standart (ISO,ГОСТ,texniki şərt) və proseduralara əsasən vaxtında,dəqiq,keyfiyyətlə həyata keçirmək;
  • Kimyəvi maddə və reaktivlərdən sınaq zamanı tələbə uyğun qaydada və miqdarda sərfiyyatını həyata keçirmək,yararlılığını nəzarətdə saxlamaq;
  • Sınaq nəticələrinin normativlərə uyğunluğuna nəzarət etmək;
  • Sınaq hesabatlarının hazırlanması, reportların tərtibatını müəssisənin xammal və məhsul üçün müvafiq standartlarının tələbləri əsasında həyata keçirmək;
  • Sınaq nəticələri üzrə hesabatları hazırlayaraq struktur rəhbərinə təqdim etmək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Rəqabətə davamlı əmək haqqı;
  • Davamlı karyera imkanı.

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laborant” yazaraq, 07 noyabr 2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı