Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Laborant vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://hr.mktcotton.com/az/job/laborant+1?sources=Jobsearch.az
Vəzifə öhdəlikləri:
- İlkin emaldan hazır məhsula qədər növbə müddətində yarımfabrikantların keyfiyyətinə nəzarət etmək;
- Növbə müddətində anbara daxil olan pambıq mahlıcından nümunə götürmək;
- Götürülən nümunəni laboratoriyaya gətirərək HVİ 1000 və AFİS PRO 2 aparatında yoxlamaq;
- İş prossesi zamanı istehsal olunan ipliklərin düzgünsüzlüyünü və müqavimətini yoxlamaq üçün testlər aparmaq.
- Gündəlik olaraq aparılan testlərin xammal,istehsalat və hazır məhsul daxil olmaqla keyfiyyət göstəricilərinin tərtib edilməsi;
- İş vaxtı aidiyyatı iş yerində olmaq,verilən tapşırığın düzgün və təhlükəsiz yerinə yetirmək;
- İstehsalat prossesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək;
- Bütün işləri keyfiyyət sistemi prosedurlarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- Fəaliyyəti ilə bağlı mütamadi olaraq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən az 1 illik təcrübə
- Avadanlıqları tənzimləmə qaydalarını, keyfiyyət və təmizlik parametrlərini bilmək
- Əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydaları ilə tanış olmaq
Səriştələr:
- Məsuliyyətli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı 400 AZN-dən başlayaraq;
- İş qrafiki: Növbəli iş rejimi;
- İş yeri: Bakı şəhəri, MKT İK MMC – Tekstil idarəsi;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Green City Hostes vəzifəsi üzrə vakansiya elan edir. ...
Green City Pizzamen (Pizza ustası) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...