Kupajçı – tünd alkoqollu içkilərlə (araq, spirt) işləmək
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Göygöl Şərab Zavodu ASC Kupajçı – tünd alkoqollu içkilərlə (araq, spirt) işləmək vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Mütləq şəkildə rus dilini bilmək;
  • Namizəd işini tez öyrənməli, məntiqli düşüncəli, işində məsuliyyətli olmalıdır;
  • Ali təhsilli olmalıdır
  • Aqrar universitetində və Texnologiya universitetində qida sahəsi üzrə təhsil almış məzunlara üstünlük verilir
  • Kompüterlə işləmək bacarığı
  • 25 yaşdan 40 yaşadək
  • İşin xüsusiyyətindən asılı olaraq orta boylu və orta bədən quruluşlu şəxslərə üstünlük verilir

Vəzifələr:

  • Araq istehsalının və çeşidinin texnoloji prosesinin hazırlanması;
  • Spirtin və yumuşaldılmış suyun qəbul edilməsi;
  • Hazırlanmış vodka çeşidlərinin gündəlik mütləq dequstasiyası, nəticələrinin qeydiyyatı, çeşidlənməsi;
  • Mayelərin filtr-press, karbon filtr batareyaları və katric tipli filtrlərdən keçirilməsi;
  • Şəkər siropunun və spirtli tutmaların, qatqıların  hazırlanması;
  • Texnoloji sahənin bütün avadanlıqlarının profilaktik yuyulmasını təmin etmək;
  • Aktiv kömürün kömür sütunlarına yüklənməsi, boşaldılması və yuyulması;
  • Kvars qumunun yuyulması və bərpası;
  • Müşayiət edici sənədlərin və hesabatın aparılması.

Şərtlər:

  • Növbəli iş rejimi;
  • İldə bir dəfə məzuniyyət
  • Əmək haqqı razılaşma yolu ilə
  • Fasilə zamanı korporativ nahar yeməyi.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı