Kreditlərin Rəsmiləşdirilməsi üzrə Aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Kreditlərin Rəsmiləşdirilməsi üzrə Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Biznes kreditlər üzrə kredit mütəxəssisi və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis işçisi vəzifəsində 3 il iş təcrübəsi;
  • Microsoft Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
  • Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
  • Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericiliyi bilmək (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları);

Əsas vəzifələr:

  • Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontur qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
  • İmzalanan müqavilələrin proqram girişlərini icra etmək;
  • İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasını təklif və təşkil etmək;
  • Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Müqavilələrin filial və baş ofisdə standart arxivləşdirilməsini təşkil etmək;
  • Rəsmiləşdirilən müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
  • Bankın Sahibkarlığın İnkişaf Fondu, AR İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər Fevral ayının 15-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd etməyiniz vacibdir.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı