Kreditlərin monitorinqi üzrə Baş Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Kreditlərin monitorinqi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin məqsədi

  • Müştəri kreditlərinin kompleks şəkildə vaxtaşırı monitorinqinin vaxtında və keyfiyyətlə aparılmasına, kredit risklərinin azaldılması məqsədilə siqnalların erkən aşkarlanmasına cavabdehdir.

Vəzifə Öhdəliyi:

  • Monitorinq keyfiyyətinə nail olmaq (müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi, maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması, bankın rəhbərliyi və digər şöbələrə çatdırılması)
  • Monitorinq kəmiyyətinə nail olmaq
  • Kredit ödənişlərinə nəzarət. Müştərinin ödənişlərdə gecikmə səbəbi barədə məlumatın yığılması
  • Müştərilərin kredit müqaviləsinin şərtlərinə əməl etmə səviyyələrinə nəzarət etmək
  • Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması
  • Monitorinq prosesinin keyfiyyətinin lazımi səviyyədə saxlanılması məqsədilə yeni və daha az təcrübəli komanda üzvlərinin təlimləndirilməsi
  • “Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi
  • Kredit risklərinin azaldılması məqsədilə əsas makro və sənaye faktorlarının təsirini müəyyən etmək
  • EXS əsasında hazırlanmış təbdirlər planının yerinə yetirilməsinə nəzarət (upsell, gələcək gecikmənin azaldılması)
  • Risk məsələləri ilə bağlı digər komandalara dəstəyin verilməsi

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
  • Lisenziya/ Sertifikat: Maliyyə modelləşdirilməsi, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) F3, F7 səviyyə üzrə sertifikata üstünlük verilir
  • Xarici dil: İngilis dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Bazar biliyi: tələb olunur.
  • Digər: Maliyyə hesabatları barədə anlayış, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına emailin mövzu hissəsində “Kreditlərin Monitorinqi üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı