Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Kredit Yoxlanışı üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.
Əsas Öhdəliklər:
- Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
- Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
- Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
- İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
- Mikromaliyyə və ya kredit sahəsində 1 ildən az olmayan iş təcrübəsi
- Əraziləri yaxşı tanıması
- Yüksək səviyyədə ünsiyyət qurma bacarıqları
- Azərbaycan dilini səlis bilmək
- MS Office bilikləri
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 Yanvar 2022-ci il tarixdən gec olmamaq şərtilə elektron ünvanına Subject/Mövzu hissəsində Kredit Yoxlanışı Üzrə İşçi (Ağsu filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...