Kredit yoxlanışı üzrə işçi (Şəmkir)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan Kredit yoxlanışı üzrə işçi (Şəmkir) vəzifəsi üzrə vakansiya elan edir.

Rol haqqında:

Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin dəstəyi ilə və uyğun nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Kreditin verilməsinin məqsədə uyğunluğunu müəyyən etmək üçün kredit üçün müraciət edən müştərinin maliyyə və kredit statusunu təhlil etmək, əmlak qiymətləndirilməsini həyata keçirmək
  • Yerli ərazi və demoqrafik məlumatlar haqqında bilikləri əsasında borcalanın və zaminin verilən kreditə uyğunluğunu və ödəniş qabiliyyətini yoxlamaq
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin (iqtisadi fəaliyyətinin) həqiqətən də mövcud olmaqlarına əmin olmaq və borcalan/zaminlə daim ünsiyyətdə olmaq
  • Yoxlanışlar zamanı hər hansısa ciddi səbəbdən uyğunsuzluğu aşkar etdikdə kreditvermənin dayandırılma prosesini başlatmaq
  • Siyasət və prosedurlara uyğun olaraq borcalanın biznesinin faktiki fəaliyyətini monitorinq etmək və verilən kreditin verilmə məqsədinə müvafiq olaraq istifadə edildiyini yoxlamaq
  • Yoxlanışlar zamanı hər hansısa ciddi səbəbdən uyğunsuzluğu aşkar etdikdə kreditvermənin dayandırılma prosesini başlatmaq

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
  • İş Təcrübəsi: Mikromaliyyə və ya Bank sahəsində ən azı 6 ay iş təcrübəsi. Kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və  çapetmə bacarığı
  • Yüksək ünsiyyət qurma bacarıqları
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Əraziləri yaxşı tanımaq qabiliyyəti
  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
  • Dil Bilikləri: Azərbaycan dili – səlis

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda  müraciət etmək üçün ?aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 14 İyul, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://finca.az/jobs/kredit-yoxlanisi-uzr%c9%99-isci-7/

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı